FHN “Bakı Metropoliteni” QSC-də yanğın-taktiki təlim keçirib (FOTO)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri “Bakı Metropoliteni” QSC-nin “Xalqlar Dostluğu” stansiyasında yanğın-taktiki təlim keçirib.

Təlimin əsas mövzusu həmin stansiyada baş vermiş şərti yanğının “söndürülməsi” olub.

Əvvəlcə, stansiyanın birinci yolunda yerləşən 263 nömrəli drosel yağ transformatorunda baş vermiş şərti yanğın hadisəsi barədə səsucaldıcı vasitəsilə məlumat verilib. Məlumatdan dərhal sonra metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə şərti yanğının “söndürülməsinə” başlanılıb və “hadisə” barədə FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib”.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri şərti yanğın hadisəsi baş vermiş ünvana gələrək “yanğını söndürüblər”, həmçinin “zərərçəkmişlərin” təxliyəsini həyata keçiriblər.

Sonda təlimin nəticələri müzakirə olunub.

Təlimdən sonra FHN-in əməkdaşları tərəfindən metropoliten işçilərinə baş verə biləcək yanğın hadisələri zamanı zəruri davranış qaydaları, o cümlədən metropoliten ərazisində mümkün yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları, zərərçəkmişlərin təxliyəsi haqqında ətraflı məlumat verilib.

Teqlər: