Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca sentyabrın 22-23-də Azərbaycana səfər edəcək.
AzerTimes Report-a istinadən xəbər verir ki, nazir Türkiyə-Azərbaycan səhiyyə-biznes forumunda iştirak edəcək. F.Qocanın Azərbaycanda habelə bir sıra rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulub.
Nazir səfərinin ikinci günü Şuşa şəhərinə gedəcək.
Qeyd edək ki, Bakıda Türkiyə-Azərbaycan səhiyyə-biznes forumu və sərgisinin keçirilməsi planlaşdırılır.