Fevral ayında BTC ilə Azərbaycanın neft ixracının azalması gözlənilir

Xəbər - Ləman Zeynalova – AzerTimes:

2022-ci ilin fevralında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Azərbaycan neftinin ixracının yanvar ayı ilə müqayisədə azalması gözlənilir.

AzerTimes bu barədə “Reuters” agentliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, fevral ayı üçün Azərbaycan xam neftinin Ceyhan limanından ixrac həcmi 14,72 milyon barel həcmində müəyyən edilib.

Eyni zamanda, yanvar ayı üçün isə bu göstərici 17,227 milyon barel təşkil edir.

Qeyd edək ki, uzunluğu 1768 km olan Bakı-Tbilisi-Ceyhan boru kəməri 2006-cı ilin iyun ayında istismara verilib.


2021-ci il dekabrın 12-dək boru kəməri ilə 500 milyon ton neft nəql edilib.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: