FETÖ-nün keçmiş polkovniki xaricə qaçarkən saxlanıldı

FETÖ-nün keçmiş polkovniki xaricə qaçarkən saxlanıldı

Türkiyə təhlükəsizlik qüvvələrinin FETÖ silahlı terror təşkilatı üzvlərinin saxlanılması istiqamətində əməliyyatları davam edir.

AzerTimes xəbər verir ki, növbəti əməliyyat Təkirdağın Şarköy rayonunda baş tutub.

Əməliyyat çərçivəsində axtarışda olan keçmiş polkovnik T.K gizləndiyi ünvanda saxlanılıb. Onunun xarici ölkələrdən birinə qaçmaq istədiyi bəlli olub.

T.K barəsində həbs qəti tədbir imkanı seçilib.

Teqlər: