FES-dən uçot dərəcəsi ilə bağlı qərar

FES-dən uçot dərəcəsi ilə bağlı qərar

ABŞ Federal Ehtiyat Sistemi (FES) baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində saxlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının yekunlarına dair məlumatda deyilir.

Qərar FOMC üzvləri tərəfindən yekdilliklə qəbul edilib, əksər analitik və iqtisadçıların gözləntiləri ilə üst-üstə düşüb.

Bununla da FES ardıcıl üçüncü dəfə uçot dərəcəsini saxlamaq qərarına gəlib.

Teqlər: