Ferrari və Lamborghini Rusiyada fəaliyyətlərini dayandırırlar

İtalyan avtomobil istehsalçıları Ferrari və Lamborghini Rusiya
bazarında fəaliyyətlərini dayandıracaqlar.

AzerTimes-ın məlumatına görə, bu barədə şirkətlərin saytlarında
yerləşdirilən açıqlamalarda deyilir.

“Mövcud vəziyyəti nəzərə alaraq, Ferrari növbəti xəbərdarlığa
qədər Rusiya bazarı üçün avtomobil istehsalını dayandırmaq qərarına
gəlib. Biz vəziyyəti yaxından izləməyə davam edirik və hər zaman
bütün qaydalara və sanksiyalara əməl edəcəyik”, – deyə Ferrari-nin
saytında deyilir.

Öz növbəsində, Lamborghini “Rusiya ilə işgüzar münasibətləri”
dayandırdığını elan edib.