AK Ukraynanı Aİ-nin enerji şəbəkəsinə qoşmaq niyyətindədir

Avropa Komissiyası Rusiya qazı və neftindən mərhələli şəkildə
imtina planı hazırlayıb.

AzerTimes-ın məlumatına görə, bunu Avropa Komissiyasının prezidenti
Ursula fon der Lyayen deyib.

Onun sözlərinə görə, bütün Aİ ölkələrindən oktyabrın 1-dək qaz
anbarlarını hər il ən azı 90%-ə qədər doldurmaq tələb olunacaq.

“Aİ 2030-cu ilə qədər Rusiyadan kömür, neft və qaz idxalından
tamamilə imtina planı və 2022-ci ilin sonuna qədər Rusiyadan qaz
tədarükündən asılılığı 67% azaltmaq üzrə plan hazırlayır”, – deyə
AK-nin prezidenti bildirib.

Həmçinin qeyd edilib ki, Aİ yaxın gələcəkdə Ukraynanı Avropa
İttifaqının enerji şəbəkəsinə qoşmağı planlaşdırır.