“Ferrari” pilotu Formula 1 üzrə Avstraliya Qran Prisinin qalibi olub

“Ferrari” pilotu Şarl Lekler Formula 1 üzrə dünya çempionatının
üçüncü mərhələsi olan Avstraliya Qran Prisinin qalibi olub.

Trend xəbər verir ki, Lekler həmçinin 1 dəqiqə 20,260 saniyə
naticə iləd yarışda ən sürətli dövrəni qət edən pilot adını
qazanıb. İkinci yeri “Red Bull” komandasının pilotu Serxio Peres
(+20,524 saniyə), üçüncü yeri isə “Mercedes” komandasının
təmsilçisi Corc Rassel (+25,593) tutub.

Turnir cədvəlində Lekler 71 xalla liderliyini davam etdirir.
Rassel ümumi sıralamada Avstraliya Qran Prisini texniki nasazlıq
səbəbindən başa vura bilməyən Ferstappen və Saynzı qabaqlayaraq
ikinci pilləyə yüksəlib (37 xal). Üçüncü yeri Peres (30) tutur.

Çempionatın növbəti mərhələsi olan Emiliya-Romanya Qran Prisi
aprelin 22-24-də İtaliyada keçiriləcək.

Teqlər: