“Ferrari” Çində 2 mindən çox avtomobili geri çağırır

İtaliyanın “Ferrari” avtomobil şirkəti Çində 2,2 mindən çox
avtomobili geri çağırır.

Trend-in
məlumatına görə, qərar avtomobillərin əyləc sistemində qeydə alınan
problemlərlə bağlıdır.

Qeyd olunur ki, geri çağırılma 2010-cu ilin martından 2019-cu
ilin martınadək istehsal olunmuş “458 Italia”, “458 Speciale”, “458
Speciale A”, “458 Spider”, “488 GTB” və “488 Spider” modellərinə
aiddir.

Məlumata əsasən, həmin avtomobillərdə əyləc mayesinin sızması
mümkündür ki, bu da əyləc sisteminin sıradan çıxmasına gətirib
çıxara bilər.