Fərdi Reabilitasiya və Abilitasiya Proqramının tətbiqi üzrə altsistem hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Fərdi
Reabilitasiya və Abilitasiya Proqramının (FRAP) tətbiqi üzrə
altsistem hazırlanır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, FRAP əlilliyi
olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası
və sosial bacarıqlarının inkişafı ilə əlaqədar kompleks tədbirləri
özündə əks etdirir.

Yeni altsistem bu sahədə reabilitasiya müəssisələri ilə
Tibbi-Sosial Ekspert Komissiyaları arasında e-formada məlumat
mübadiləsinə, onların əlaqəli fəaliyyətinin qurulmasına xidmət
edəcək.

Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin
tərkib hissəsi olacaq həmin altsistem qeyd olunan proseslərin
təşkilində şəffaflığın artırılmasına, eləcə də bu sahəyə nəzarətin
daha təkmil qurulmasına şərait yaradacaq.

Reabilitasiya müəssisələrinə qəbul edilmiş şəxslərlə bağlı
reabilitasiya tədbirləri və nəticələri barəsində məlumatlar da
e-sistemdə toplanacaq və FRAP-ların hazırlanmasında zəruri
informasiya bazası rolu oynayacaq.

Teqlər: