Fələstinlilərlə İsrail polisi arasında toqquşmalar başlayıb

Xəbər - Orxan Nəbiyev – Trend:

İordan çayının Qərb sahilində fələstinlilərlə İsrail polisi arasında toqquşmalar başlayıb.

AzerTimes-ın məlumatına görə, toqquşmalar bir neçə bölgədə qeydə alınıb.

Qüdsdə əl-Əksa məscidi yaxınlığında 20-yə yaxın yaralının olduğu deyilir.


Qeyd edək ki, mayın əvvəlində Qüdsdə baş vermiş toqquşmalardan sonra İsraillə Qəzza zolağı arasında münaqişə başlamışdı.

İsrail ötən gün hərbi əməliyyatları dayandırdığını elan etmişdi.