Fələstinlilərin qorunması üçün qüvvələrin yaradılması tərəflərin razılığı ilə mümkündür – BMT Baş Assambleyasının sədri

Fələstinliləri qorumaq üçün beynəlxalq qüvvənin yaradılması yalnız münaqişə tərəflərinin razılığı ilə mümkündür.

Trend TASS-a istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır deyib.

Sədr deyib: “Bunun bir qərar olub-olmayacağını bilmirəm. Ancaq BMT üzv dövlətlərin istək və müraciətlətinə uyğun olaraq işləyir. Bu addımı atmaq üçün əvvəlcə onların tərəfindən müvafiq tələbin olub olmadığını görməliyik. Bunu özümüz etsək, nəticə verməyəcək”.

“Buna görə də baxacağıq israillilər və fələstinlilər buna hazırdırlarmı, bu vəziyyətə kömək edəcək və ya pisləşməsinə gətirəcək”, – V.Bozlır əlavə edib.

Teqlər: