Fələstin dövlətini neçə ölkə tanıyır?

Fələstin dövlətini neçə ölkə tanıyır?

Xəbər verdiyimiz kimi, dünən Norveç, İrlandiya və İspaniya Fələstin dövlətini tanıdıqlarını 28 mayda elan edəcəklərini açıqlayıblar.

AzerTimes xəbər verir ki, bununla da dünyada Fələstin dövlətini tanıyan ölkələrin sayı 146-ya çatdı.

Qeyd edək ki, Fələstin 1988-ci ildə müstəqilliyini elan etdikdən sonra SSRİ, Hindistan və Türkiyə də daxil olmaqla, 80-ə yaxın ölkə onu tanıyıb. Son 10 ildə Latın Amerikası ölkələri arasında Fələstinin müstəqilliyini tanıyanların sayı sürətlə artmağa başlayıb.

Xatırladaq ki, Azərbaycan Fələstin dövlətinin müstəqilliyini 1992-ci ildə tanıyıb.

Teqlər: