ABŞ-ın mərkəzi bankı fuksiyalarını yerinə yetirən Federal
Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini 25 baza bəndi artıraraq
illik 0,25-0,50 faizə qədər çatdırıb.
Trend xəbər verir ki, bu barədə tənzimləyicinin rəhbərliyin
iclasının yekunlarına dair məlumatında deyilir.
Qeyd edək ki, sonuncu dəfə baza faiz dərəcəsinin artımı 2018-ci
ilin dekabrında olub və o vaxtdan bəri baza faiz dərəcəsi yalnız
azaldılıb.
Son iki il ərzində FED-in uçot dərəcəsi illik 0-0,25%
diapazonunda olub.