ABŞ-ın mərkəzi bankı fuksiyalarını yerinə yetirən Federal
Ehtiyat Sistemi (FED) ilk dəfə olaraq baza faiz dərəcəsini – 0,5
faiz artıraraq 0,75-1 faizə çatdırıb.
AzerTimes-ın
məlumatına görə, bu barədə tənzimləyicinin açıqlamasında
bildirilib.
“[Açıq Bazar Əməliyyatları] Komitəsi pul və kredit siyasətinin
müvafiq sərtləşdirilməsi ilə inflyasiyanın 2%-lik hədəfinə
qayıdacağını və əmək bazarının güclü qalacağını gözləyir. Bu
məqsədlərə dəstək olaraq, FOMC federal fondlar dərəcəsi üçün hədəf
diapazonunu 0,75-1 faiz qaldırmaq qərarına gəldi və hədəf
diapazonunda daha da artımların uyğun olacağını gözləyir”, – deyə
qeyd olunub.
Həmçinin, iyunun 1-dən etibarən FED aktivlərin azaldılmasına
başlamaq niyyətindədir ki, bu da ayda 47,5 milyard dollardan
başlayacaq. Burada Xəzinədarlıq qiymətli kağızlarındakı aktivlər 30
milyard dollar, daşınmaz əmlak ipotekasında isə 17,5 milyard dollar
azalacaq.