Türkiyə xüsusi təyinatlıları İraqın şimalında 5 PKK terrorçusunu zərərsizləşdirib

Türkiyə xüsusi təyinatlıları “Pençe-Kaplan” əməliyyatı
çərçivəsində İraqın şimalında 5 PKK terrorçusunu
zərərsizləşdirib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz “Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, Türkiyə ilə müstəqil kürd dövlətinin
yaradılmasını tələb edən PKK arasında münaqişə 40 ilə yaxındır ki,
davam edir və 40 mindən çox insanın həyatına son qoyub. PKK BMT və
Aİ tərəfindən terror təşkilatı elan edilib.