FAO və Aİ Azərbaycanda aqroturizmin inkişafını dəstəkləyir – Nazir

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Qax, Şəki, İsmayıllı, Balakən, Lənkəran və digər rayonlarda
müasir tələblərə cavab verən aqroekoturizm obyektləri fəaliyyət
göstərir.

AzerTimes-ın məlumatına görə,
bunu kənd təsərrüfatı naziri İnam Kərimovun “Azərbaycanda kənd
yerlərinin inkişafı və Milli Aqroturizm Sisteminin yaradılması”
mövzusunda seminarda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ölkəmizdə kənd turizminə maraq çox
böyükdür:

“Bu potensialın aqrar sahə ilə əlaqələndirilməsi regionlarımızda
turizmin inkişafına əlavə təkan verəcək, rayon və kəndlərimizin
turizm potensialının üzə çıxarılması üçün yeni imkanlar
yaradacaqdır.


Kənd Təsərrüfatı Nazirliyi ölkədə aqroekoturizmin inkişafı
məqsədilə yerli və beynəlxalq təşkilatlarla, o cümlədən Avropa
İttifaqı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı kimi
beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir. Belə layihələrdən biri də
Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən Tvinninq
layihəsidir. Bu istiqamətdə Avropa İttifaqının göstərdiyi dəstək
ümumi işimizə öz töhfəsini verəcək.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən
icra olunan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə
üzrə də respublikanın şimal-qərb regionlarında aqroturizmin
inkişafı istiqamətində mühüm işlər görülməkdədir. Hesab edirik ki,
kənd yerlərində aqroturizm sektorunun inkişafı üzrə ən yaxşı
beynəlxalq təcrübələrin öyrənilməsi istiqamətində beynəlxalq
təşkilatlarla əməkdaşlıqlar daha da inkişaf etdirilə bilər”, –
İ.Kərimov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: