COVID testlərinin nəticələri niyə gecikir? – AÇIQLAMA

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, genetik Zakir Bayramov
nazirliyin sosial şəbəkələrdəki hesablarına COVID-19 testləri ilə
bağlı gələn sualları cavablandırıb

AzerTimes-ın məlumatına görə, Z.Bayramov bildirib ki, müraciət edən
hər bir şəxsin nümunəsi PZR üsulu ilə işləmək üçün bir neçə
mərhələdən keçir. İlk öncə nümunədən DNT-nin ekstraksiyası
(ayrılması), sonra isə amplifikasiyası (aparatda oxunması) həyata
keçirilir.


“Amplifikasiya mərhələsini həyata keçirmək üçün aparata 96
şəxsin nümunəsi yerləşdirilməlidir (məsələn, əgər test CFX96 BioRad
cihazında aparılarsa). Əks halda az sayda nümunənin qoyulması zaman
itkisindən kütləvi yoluxmalar zamanı məqsədəuyğun sayılmır. Belə
ki, hər üç mərhələni nəzərə aldıqda (ekstraksiya, amplifikasiya və
nümunələrin yığılaraq bir məntəqəyə göndərilməsi) PZR testin
cavabları 96 nəfər üçün yalnız 3-4 saatdan sonra mümkün olur. Bunu
nəzərə alaraq, 10-20 min testi həyata keçirmək üçün xeyli vaxt
tələb olunur. Bu səbəbdən də son günlərdə testlərin cavablarının
çıxmasında müəyyən gecikmələr müşahidə edilməkdədir”, – deyə o
bildirib.

Teqlər: