Faiq Ağayev: Filmi sildirdik, əcəb elədik!

Faiq Ağayev: Filmi sildirdik, əcəb elədik!

Xalq artisti Faiq Ağayev Şövkət Ələkbərovanın ifasında Cahangir Cahangirovun “Füzuli” kantatasının “Terzi” serialında səsləndirilməsinə görə Azərbaycanın “Mikpro” şirkətinin şikayəti əsasında kontatanın səsləndiyi seriyaların “Neftliks”dən silinməsinə münasibət bildirib.

AzerTimes xəbər verir ki, sənətçi kontatanın icazəsiz istifadə edildiyi seriyaların “Neftliks”dən silinməsini dəstəklədiyini bildirib.

“Əcəb etmişik. Onillilərdir (türkiyəli sənətçilər) yüzlərlə əsərimizi “anonim” kimi qeyd edib, geninə-boluna ciblərini doldurublar. İndi də hüquqi həll təklif olunsa belə, saymazlıqdan gəldilər. Öz dilləriylə desək, “küçümsədilər” bizi. Nə vaxta kimi mədəniyyətimizi özgələrə yem edəcəyik?

Üstəgəl, bu əsər bütün musiqi platformalarında – “Spotify”dan tutmuş “Yandeks Myuzik”ə qədər var. Hüquqları da qorunur”.

Qeyd edək ki, “Teleqraf” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camal musiqinin misilsiz təbliğat olduğunu nəzərə alaraq, güzəştə gedilməsi gərəkdiyini təklif etmiş və bu seriyaların “Neftliks”dən silinməsinə qarşı olduğunu bildirmişdi.

Teqlər: