ABŞ prezidenti administrasiyası hesab edir ki, F-16 qırıcı
təyyarələrinin Türkiyəyə potensial satışı milli təhlükəsizlik
maraqlarına uyğundur.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin
Konqresə göndərdiyi məktuba istinadən “Reuters” agentliyi xəbər
verir.
Məlumata əsasən, ABŞ-ın Türkiyə ilə gərgin münasibətlərinə
baxmayaraq, onun Ukrayna ilə müdafiə əlaqələri “bölgədə zərərli
təsirlərə qarşı mühüm maneə” kimi tanınır. Məktubda F-16
qırıcılarının mümkün satışına dair heç bir zəmanət və ya tarix
göstərilməsə də, Vaşinqton hesab edir ki, NATO-nun maraqları və
milli təhlükəsizlik ABŞ və Türkiyə arasında müdafiə ticarəti
əlaqələri ilə də dəstəklənir.