F-16-lara hücum: Ankara NATO-ya müraciət edəcək

F-16-lara hücum: Ankara NATO-ya müraciət edəcək

Ankara Türkiyənin F-16 qırıcılarına qarşı Yunanıstanın S-300 kompleksindən istifadə etdiyi iddiası ilə bağlı NATO-ya müraciət etmək niyyətindədir.

AzerTimes xəbər verir ki, bu barədə“Yeni Şafak” qəzeti mənbəyə istinadən məlumat yayıb.

“Bu hadisə həm ABŞ, həm də NATO ilə görüşlərdə müzakirə olunacaq. Təyyarələrin qeyd funksiyası var, sübutlar müvafiq orqanlara ötürüləcək. Bizə Rusiya istehsalı olan silahlardan istifadə edə bilməyəcəyiniz deyildiyi halda, Yunanıstan NATO üzvü olan bir ölkənin təyyarələrini təqib edir. Görək NATO bu vəziyyətlə bağlı nə deyəcək”, – mənbə bildirib.

Qeyd edək ki, dünən yunan mətbuatı Müdafiə Nazirliyinin Türkiyənin F-16-larına qarşı S-300-lərdən istifadə olunması ilə bağlı məlumatları təkzib etdiyini yazmışdı.

Teqlər: