F-16-lar Ukraynaya iyunda veriləcək – Anuşauskas

F-16-lar Ukraynaya iyunda veriləcək – Anuşauskas

F-16 qırıcılarının ilk partiyası təxminən 2024-cü ilin iyununda Ukraynaya veriləcək.

AzerTimes xəbər verir ki, bu barədə “Foreign Policy” Litva müdafiə naziri Arvidas Anuşauskasa istinadla məlumat yayıb.

“Fikrimcə, iyunda F-16-ları Ukraynada görə biləcəyik”, – nazir bildirib.

Nəşr yazıb ki, adının açıqlanmasını istəməyən daha bir avropalı məmur təyyarələnin verilmə vaxtının iyun olduğunu deyib.

Teqlər: