Kiyev öz tərəfdaşlarına F-16-nın Ukraynaya ehtiyacı olduğunu bəyan edir, Ukraynanın bütün ərazisini sovet dövründən mövcud olan hava hücumundan müdafiə sistemləri ilə əhatə etmək mümkün deyil.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat deyib.
“Sizə daha çox deyəcəyəm, F-16-lar olanda biz bu müharibədə qalib gələcəyik. Bu təyyarələr Ukraynaya gəlsələr, onlar bizim əməliyyat aerodromlarımızda müxtəlif bölgələrdə döyüş növbətçiliyində olacaqlar. Ukrayna ərazisi və dövlət sərhədinin uzunluğu böyükdür. Buna görə də bizə qırıcı örtüyü olan F-16 lazımdır. Qırıcı həm aşağıdan, həm də yuxarıdan hava hədəfləri üzərində işləyə bilir. Hava hücumundan müdafiə olmayan yerdə F-16 fəaliyyət göstərəcək”, – İqnat bildirib.