Əziz Yıldırım yenidən Türkiyənin “Fənərbağça” komandasının prezidenti ola bilər.
AzerTimes xəbər verir ki, 72 yaşlı funksioner bu barədə “Haber Qlobal”a açıqlamasında deyib. O bildirib ki, bu il keçiriləcək seçkilərdə öz namizədliyini irəli sürəcək.
“Fənərbağça” klubuna prezident seçkiləri bu ilin iyununda baş tutacaq. “Sarı-lacivərdlilər”in hazırkı rəhbəri Əli Koçdur.
Qeyd edək ki, Əziz Yıldırım daha əvvəl 1998-2018-ci illərdə İstanbul nəhənginin prezidenti vəzifəsində çalışıb.