Eyvazov bu rayonlara yeni rəis təyin etdi

Eyvazov bu rayonlara yeni rəis təyin etdi

Beyləqan və Yevlax rayonlarına yeni polis rəisləri təyin olunub.

Binəqədi Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovniki Ceyhun Qurbanov Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

AzerTimes xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə Beyləqan Rayon Polis şöbəsinin rəisi polis polkovniki Rüstəm Cəfərov Yevlax Rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Teqlər: