EY Azərbaycan bu ilki “EY İlin İş Adamı” müsabiqəsinin 9 iştirakçısını elan edir

Dünyanın istənilən yerində əzmli sahibkarlar müasir zamanın
ən mürəkkəb məsələlərini həll etməklə yeniliklərə yol açır və
minlərlə insanın həyatına müsbət təsir göstərirlər.

EY Azərbaycan şirkəti böyük məmnuniyyətlə bu
ilki “EY İlin İş Adımı” müsabiqəsinə qoşulan 9 sahibkarın adlarını
açıqlayır.

Müsabiqənin qalibi, habelə müxtəlif nominasiyalar üzrə qaliblər
Bakıda 10 mart tarixində keçiriləcək təntənəli mərasimdə elan
ediləcək.

“EY İlin İş Adamı” müsabiqəsi Azərbaycan Respublikasının Kiçik
və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə tərəfdaşlıq
çərçivəsində Azərbaycan Beynəlxalq Bankın (ABB) maliyyə dəstəyi ilə
keçirilir. AZPROMO və Ekvita müsabiqənin tərəfdaşları
sırasındadır.

ATL Tech

ATL Tech” Azərbaycanda ən
iri proqram təminatı şirkətlərindən biridir, həm işçilərin sayına,
həm də gəlirlərinə görə. Şirkət əlaqə mərkəzi üçün həllər və ERP
(müəssisə resurslarının planlaşdırılması) proqram təminatını
müştərilərinə təqdim edir. “ATL Tech”in məqsədi şirkətlərin
səmərəli və əlçatan olmasını təmin etməkdir. Gündəlik olaraq
“ATL”in proqram təminatı vasitəsilə 30-40 min telefon zəngi işlənir
və idarə olunur. “ATL”in Azərbaycan dilində nitqin tanınaraq mətn
şəklinə çevrilməsini mümkün edən süni intellekt laboratoriyası
mövcuddur. “ATL” öz fəaliyyətini Azərbaycanın kənarlarında da
genişləndirir və hazırda qonşu Gürcüstan, Böyük Britaniya və
ABŞ-dakı müştərilərə xidmət göstərir. “ATL Tech” proqram
təminatının işlənib hazırlanması üzrə regional liderə çevrilməyi
planlaşdırır.

ELAD

ELAD” avtomobil sahəsində 16
ildən artıq təcrübəyə malik nəqliyyat xidmətləri göstərən
şirkətidir. “ELAD” avtomobil xidmətləri bazarında məsuliyyətli və
etibarlı tərəfdaş kimi tanınır. Şirkət aşağıdakı xidmətləri
göstərir: sərnişin daşıma xidməti shuttle bus service, hava
limanından və hava limanına transfer xidməti, qonaqların şəhər
daxilində və ölkə daxilində qarşılanması və daşınması, sürücü ilə
avtomobil icarəsi, nəqliyyat vasitələrinin evakuasiyası, ofislərin
köçürülməsi və sair. Şirkət həmçinin yük daşınma xidmətini də
təqdim edir. Hal-hazırda “ELAD” şirkəti müştərilərin nəqliyyat
xidmətləri ilə bağlı istənilən problemini həll etməyə imkan verən,
müxtəlif kateqoriyalı nəqliyyat vasitələrinə malikdir.

Fortune Trade

Fortune Trade” sürtkü yağları,
filterlər, müxtəlif təyinatlı mayelər və AdBlue məhsulları üzrə bir
neçə dünya brendinin Azərbaycanda tədarükçüsü və rəsmi
distribüteridir. Sənaye, mühərrik, transmissiya yağları, əyləc
mayeləri, antifrizlər, geniş çeşiddə filter seçimi və AdBlue-lar
ilə həm korporativ, həm də fərdi müştərilərin tələbatını ödəyir.
Bundan əlavə, bu məhsulların online satışı üçün yaradılmış ilk
platforma olan “www.oilmarket.az” -ın təsisçisidir. “Fortune Trade”
yaxın illərdə Azərbaycanda sürtkü yağları istehsalına başlamağı
planlaşdırır və yaratdığı Azərbaycan markasını dünya bazarına
tanıdaraq xaricə ixrac etməyi hədəfləyir. Bununla belə, şirkət
artıq xaricdə yaranmağa başlayan müştəri portfelini daha da
genişləndirməyə planlaşdırır.

IDEA

IDEA” şirkəti 2003-cü ildən
fəaliyyət göstərir və ictimai ərazilər üçün taxta və metaldan kiçik
memarlıq formaların istehsalı və onların inşaat layihələrində
tətbiqi ilə məşğul olur. İstehsal edilən kiçik memarlıq formalarına
açıq məkanlarda istifadə edilən oturacaqlar, dirəklər, köşklər,
perqolalar, dayanacaqlar və s. kimi elementlər aiddir. Hazırda
şirkətin portfoliosunda artıq 500-dən çox çeşid mövcuddur.
Məhsullar yüksək keyfiyyəti və uzunmüddətli zəmanəti ilə fərqlənir
və Qətər, BƏƏ, Rusiya, Böyük Britaniya, eləcə də digər ölkələrə
ixrac olunur. “IDEA” şirkəti MDB və Yaxın Şərq regionunda bu cür
geniş çeşid sprektri təklif edə bilən yeganə şirkətdir. “IDEA”nın
məqsədi dünyada öz sahəsində tanınmış brendə çevrilərək Azərbaycanı
təmsil etməkdir.

JL Tech


JL Tech” şirkəti “data”
texnologiyaları sahəsində fəaliyyət göstərir. “JL Tech”in köməyi
ilə müştərilərilər məlumatları asanlıqla emal edərək onları daha
səmərəli istifadə edə bilirlər. Şirkət “Oracle”ın regionda ən iri
təchizatçısıdır və onun “Qızıl tərəfdaş” və “İlin tərəfdaşı”
statuslarına malikdir. Azərbaycanla yanaşı, “JL Tech” Gürcüstan və
Ukraynada nümayəndəlikləri vardır. Bundan əlavə, 2021-ci ilin
yanvar ayından etibarən şirkətin nümayəndəliyi Türkiyədə də
fəaliyyət göstərir və burada fəaliyyətinin genişləndirilməsi
planlaşdırılır.

Portmanat

Portmanat” Azərbaycanın ilk
elektron pulqabı sistemidir. “Portmanat”ın əsas məqsədi insanların
həyatına dəyər qatmaq və onlayn təcrübəni istifadəçilər üçün
asanlaşdırmaqdır. Şirkət müştərilər üçün B2B və B2C həlləri təklif
edir. “Portmanat” olduqca qısa müddətdə (təxminən 2 saat ərzində)
ödəniş sistemini veb saytlara inteqrasiya etməyə imkan verən ilk
platformadır. “Portmanat” müştərilərə qısamüddətli kreditlərin
verilməsi xidmətini təqdim edir. “Portmanat Avans” adlı digər
məhsul vasitəsilə müxtəlif şirkətlərin işçiləri əmək haqqının
müəyyən hissəsini vaxtından əvvəl əldə edə bilərlər. “Portmanat”
rəqəmsal banka çevrilməyi və öz ödəniş kartlarını buraxmağı
planlaşdırır.

YIĞIM Ödəniş Sistemi

2017-ci ildə təsis edilmiş “YIĞIM
Ödəniş Sistemi
” şirkətlərə yüksək texnologiyalı ödəniş həlləri
təklif edir. Sahibkarlara bir qoşulma ilə qısa zamanda çox saylı
ödəmə kanalları üzərindən (Nağd Ödəniş terminalları, Mobile Banking
tətbiqləri, elektron pul kisələri) ödənişləri toplamaq imkanı
yaradır. Brend eyni zamanda prosessinq xidməti kimi də fəaliyyət
göstərir. Şirkətlərə saytlarında və mobil tətbiqlərində bank
kartları ilə ödənişlərin qəbulu üçün geniş funksiyalı həllər təklif
edir. YIĞIM Ödəniş Sistemi” kart məlumatlarını yadda saxlamağa və
emal etməyə imkan verən “PCI DSS Level 1” sertifikatına malikdir.
İstifadə edilən proqram təminatı tam olaraq “YIĞIM” brendinə
məxsusdur. Eksklüziv həllər, çeviklik və peşəkar yanaşma 200-dən
çox şirkətin nağd və nağdsız ödənişlərini “YIĞIM Ödəniş Sistemi”nə
etibar etməsinə səbəb olub. Onların sırasında “Wolt”, “Bolt”, “Maxim” kimi beynəlxalq şirkətlər, “Absheron Group”, “PMD
Hospitality” otelləri, “189”, “Optimal Electronics”, “Music
Gallery” kimi tanınmış brendlər mövcuddur. Göstərilən xidmətlər
təkcə Azərbaycanda deyil, həm də digər ölkələrdə unikal sayıla
bilər. Məhz bu səbəbdən şirkətin mövcud müştəriləri fəaliyyət
göstərdikləri Gürcüstan, Qazaxıstan və Mərkəzi Asiya ölkələrində bu
xidmətlərdən yararlanmaq üçün “YIĞIM”- ı sözügedən ölkələrdə də
əməkdaşlıq etməyə dəvət ediblər. 2022-ci ildə şirkətin ən azı iki
xarici ölkədə xidmət göstərməsi planlaşdırılır.

Your Decor and Events

Your Decor and Events
şirkəti 2018-ci ildə təsis edilib. Şirkət müştərilərinə tədbirlərin
təşkili və idarə edilməsi, reklam, brendləşdirilmiş məhsullar, VIP
hədiyyələr və s. kimi sahələrdə müxtəlif xidmətlər təklif edir. “Your Decor and Events” təkcə Azərbaycanda deyil, həm də Kanada,
ABŞ və Avropa ölkələrində tanınır. Şirkət dövlət əhəmiyyətli və bir
sıra beynəlxalq tədbirlərin təşkilində iştirak edib. “Your Decor
and Events” müştərilərinə tədbirləri düzgün təşkil etməkdə və
onların həyata keçirmək istədikləri ideyaları gerçəkləşdirməkdə
köməklik göstərir.

ZIRA Natural & Gourmet

ZIRA Natural &
Gourmet
” bazarın premium və lüks seqmenlərini təmsil etməklə,
mürəbbələr, cemlər, souslar və tərəvəz qəlyanaltıları istehsal edən
milli brenddir. “ZIRA”nın əsas konsepsiyası ölkənin zəngin kənd
təsərrüfatı və qastronomiya ənənələrini nümayiş etdirən yüksək
keyfiyyətli məhsulları istehsal etmək və Azərbaycanı dünya
arenasında premium qida sektorunda layiqincə tanıtmaqdır.
Məhsullara dair əsas tələb xammalın təbii yolla yetişdirilməsidir.
Məhz buna görə, bütün inqrediyentlər kimyəvi maddələr istifadə
etməyən kiçik yerli fermerlərdən tədarük edilir. Şirkət öz
məhsullarını xarici ölkələrə, əsasən Rusiya, Qazaxıstan, Belarus və
Ukraynaya, habelə Azərbaycan məhsulları üçün qeyri-ənənəvi Yaponiya
və ABŞ kimi bazarlara ixrac edir.

EY İlin İş Adamı müsabiqəsi haqqında

EY şirkəti tərəfindən təsis edilmiş “EY
İlin İş Adamı
” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir.
Dünyanın ən nüfuzlu işgüzar mükafatı olan “EY İlin İş Adamı”
proqramının məqsədi yüksək potensiala malik iş adamlarının
sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını
nümayiş etdirməklə başqalarını ilhamlandırmaqdır. Öz sahəsində ilk
və yeganə qlobal mükafat proqramı olaraq, “EY İlin İş Adamı” 60-dan
çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və
qlobal proqram çərçivəsində uğurlu, böyüyən və dinamik biznes quran
sahibkarları üzə çıxarır.

Teqlər: