Evinə düşmən mərmisi düşən Qarabağ qazisinə yeni ev tikilir – Trend TV-nin reportajı

Ağdam. Aslan Məmmədli – Trend:

Azərbaycan Ordusunun Zəfəri ilə başa çatan 44 günlük Vətən Müharibəsi zamanı işğalçı Ermənistanın dinc yaşayış məntəqələrimizi bombalaması nəticəsində Ağdam rayon Mahrızlı kənd sakini Rauf Muxtarlının da evi dağılıb. Həmin vaxt ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə olan Rauf Muxtarlı qələbədən sonra Azərbaycan dövlətinin ona göstərdiyi xüsusi diqqət və qayğıdan məmnunluğunu bildirir.

Hazırda Rauf Muxtarlının dağılmış evinin tikintisi başa çatmaq üzrədir.

Qarabağ qazisi Trend TV-nin çəkiliş qrupu ilə söhbəti zamanı göstərilən diqqətə görə, Azərbaycan Prezidentinə – Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü ifadə edib.

Teqlər: