Evin həbsxanasında yəhudi məhbus öldürüldü

Evin həbsxanasında yəhudi məhbus öldürüldü

Tehranın Evin həbsxanasında saxlanılan, Amerika-İran ikili vətəndaşlığı olan yəhudi məhbus Fəramərz Cavidzad həyatını itirib.

AzerTimes xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıb.

Bildirilib ki, 63 yaşlı məhbusun uzun müddət təkadamlıq kamerada saxlanıldığı və işgəncə verildiyinə görə səhhəti pisləşib.

Sentyabrın 22-də vəziyyətinin ağırlaşmasına baxmayaraq, Fəramərz Cavidzadın müalicəsinə imkan verilməyib. İnsan haqları fəalları Fəramərz Cavidzadın müalicəsinə bilərəkdən, onu öldürmək məqsədilə icazə verilmədiyini bildirirlər.

ABŞ-ın Los-Anceles şəhərində yaşayan yəhudi məhbus 2022-ci ilin mart ayında ata mülklərinin satışı məqsədilə İrana səfər edib və burada təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Qeyd edək ki, 1979-cu il inqilabından sonra İranda yaşayan yəhudilərin əksəriyyəti ölkəni tərk etməyə məcbur olublar. Hazırda İranda, təxminən, 20-25 min yəhudi yaşadığı ehtimal edilir. Onların əskəriyyəti kimliklərini gizlətmək məcburiyyətində qalır, gizlətməyənlər isə davamlı təzyiq və ayrı-seçkiliklə üzləşirlər.

Teqlər: