İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi “İsraillə bağlılığı olan” 12 qrupun ifşa edildiyini və üzvlərinin saxlanıldığını iddia edib.
AzerTimes xəbər verir ki, bu barədə yanvarın 25-də SEPAH-a yaxın “Tasnim” xəbər agentliyi məlumat yayıb.
İranın təhlükəsizlik və kəşfiyyat naziri İsmayıl Xətib isə verdiyi açıqlamada xəbəri təsdiq edib və saxlanılanların kimliyi və sayına toxunmadan onların ölkədə təxribat törətmək niyyətində olduqlarını iddia edib.