ETTELAAT Ermənistan vətəndaşını həbs etdi

ETTELAAT Ermənistan vətəndaşını həbs etdi

Ermənistan vətəndaşı olan gənc ailə İranın təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə girov qarşılığında müvəqqəti sərbəst buraxılan Alisa Şahverdiyan məlumat yayıb.

Yaxınlarını görmək üçün Ermənistandan İrana gələn A.Şahverdiyan cari ilin 15 avqustunda Tehran yaxınlığında yerləşən Pərdis bölgəsində həyat yoldaşı Akop Qoçomiyanla birlikdə həbs edildiyini deyib.

“12 mülki geyimli məmur yaxınlarımızın təşkil etdiyi qonaqlığa basqın edərək bizi həbs etdi. Evdə axtarış apardılar”, – Alisa Şahverdiyan bildirib.

O, bir neçə həftə Tehranın Evin həbsxanasında saxlanıldığını, hər gün saatlarla işgəncə edilərək dindirildiyini söyləyib.

Alisa Şahverdiyan 2 milyard tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb. Ermənistan vətəndaşı olan həyat yoldaşı Akop Qoçomiyan isə təhlükəsizlik təcridxanasında saxlanılır.

Onlara qarşı irəli sürülən ittiham barədə məlumat verilmir.

Teqlər: