ETSN “Zoobulvar”da saxlanılan alpaka ilə bağlı araşdırmalara başladı (FOTO)

Xəbər - Samir Əli – Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) paytaxtda fəaliyyət göstərən “Zoobulvar” adlı obyektdə araşdırmalara başlayıb.

Bu barədə AzerTimes-a nazirlikdən məlumat verilib.

Məlumatda bildirilir ki, sosial şəbəkələrdə “Zoobulvar” adlı mərkəzdə yaxşı olmayan şəraitdə saxlanıldığı deyilən alpakanın görüntüləri yer alıb. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilir.

“Bu barədə ictimaiyyətə əlavə məlumat təqdim olunacaq” – deyə, nazirlik bildirir.

Teqlər: