ETSN media nümayəndələri ilə yeni layihəyə start verib

Xəbər - Samir Əli – Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) media nümayəndələri ilə birgə yeni layihəyə start verib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, layihə çərçivəsində jurnalistlərlə nazirliyin rəhbər şəxsləri arasında əməkdaşlığın səmimi və daha əlçatan qurulmasını təmin etmək məqsədilə qeyri-rəsmi görüşlərin təşkili nəzərdə tutulub.

Bu görüşlər nazirliyin fəaliyyət istiqamətlərini əhatə etməklə mütəmadi olaraq keçiriləcək. Jurnalistlər onları maraqlandıran suallara cavab alacaq, ETSN-in ayrı-ayrı qurumlarının gördüyü işlərlə daha yaxından tanışlıq və informasiyanı ilk mənbədən almaq imkanı qazanacaq.

Layihə çərçivəsində bu gün Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində salınmış zeytun bağına mediatur təşkil edilib.


Jurnalistlər bağda bir neçə il əvvəl əkilən və hazırda bar verən ağaclara qulluq edəcək, məhsul yığacaq.

Mediatur çərçivəsində həmçinin ETSN-in rəhbər şəxsləri ictimaiyyəti maraqlandıran suallara cavablandlracaq.

Teqlər: