ETSN ilə Yaponiyanın Mitsubishi Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Ətraf mühit sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu
imzalanıb

Azərbaycanda işgüzar səfərdə olan Yaponiyanın Mitsubishi
Şirkətinin regional direktoru Kentaro Hosomi və Yaponiyanın
Azərbaycandakı səfiri Vada Cuniçi Ekologiya və Təbii Sərvətlər
naziri Muxtar Babayevlə görüşüb.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
bildiriblər.

Görüşdə ətraf mühitin mühafizəsi, karbon qazı emissiyalarının
azaldılması və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri
müzakirə olunub.

Sonda ətraf mühit sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu
imzalanıb.

Teqlər: