Azərbaycanda işgüzar səfərdə olan BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru Qu Donqyu ilə
ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş
olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən
AzerTimes-a bildirilib ki, “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına
keçid” adlı beynəlxalq konfrans çərçivəsində baş tutan görüşdə
meşələrin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, su
resurslarının səmərəli idarə olunması, eləcə də ETSN ilə FAO
arasında gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran
digər məsələlər müzakirə olunub.