“Ətiri xanıma göstərib gətitirəm” deyən oğru kameraya düşdü (VİDEO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Bakıda maraqlı oğurluq hadisəsi baş verib.

AzerTimes-ın məlumatına görə, hadisə ötən gün Nərimanov rayonunda qeydə alınıb. Ətir dükanına gələn müştəri məhsullar barədə məlumat alıb. Daha sonra onların birini seçərək avtomobilində olan xanımına göstərəcəyini deyib və mağazadan çıxıb.

Bir müddət keçdikdən sonra satıcı həmin şəxsin geri qayıtmadığını gördükdə, ətirin oğurlandığını anlayıb. Oğrunun mağazadan ətiri alıb çıxdığı görüntülər videokameraya düşüb.

Teqlər: