Etirazlar zamanı İran insanlığa qarşı cinayət törədib – Hesabat

Etirazlar zamanı İran insanlığa qarşı cinayət törədib – Hesabat

İranda etirazçıların özbaşına həbsi, edamlar, saxta məhkəmələr, işgəncələr, cinsi zorakılıqların miqyası və şiddətinə görə İran yəqin ki, beynəlxalq cinayətlər, xüsusilə, insanlıq əleyhinə cinayətlər törədib.

AzerTimes xəbər verir ki, bunu BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman İranla bağlı hesabatında bildirib.

Həmçinin, insan haqları müdafiəçisi Səba Bəluc İranda yaşayan xalqlardan ölkədə insan haqlarının pozulması ilə bağlı faktlar, məlumat və rəsmi sənədləri BMT-nin İnsan Hüquqları üzrə Araşdırma Komitəsinə göndərmələrini istəyib.

Onun dediyinə görə, bu faktlar komitənin İranla bağlı hazırlayacağı yekun hesabatında qeyd ediləcək.

Teqlər: