Etirazlar nəticə vermədi, İran 3 şəxsi edam etdi

Etirazlar nəticə vermədi, İran 3 şəxsi edam etdi

Mayın 19-u səhər saatlarında İranın İsfahan şəhərinin Dəstgerd həbsxanasında etiraz aksiyalarında həbs edilən Məcid Kazimi, Səid Yəqubi və Saleh Mirhaşimi adlı məhkumlar edam edilib.

AzerTimes xəbər verir ki, bu barədə İran məhkəmə sistemi məlumat yayıb.

Ümumxalq etirazları zamanı aksiyalarda iştirakına görə saxlanılan fəallar bir polis əməkdaşının ölümündə günahlandırılıb.

Adı çəkilən 3 məhkumla yanaşı İranın bir neçə həbsxanasında saxlanılan daha 15 məhkum edam edilib.

Qeyd edək ki, müttəhimlər məhkəmədə barələrində irəli sürülən ittihamı rədd edərək, istintaq zamanı onlardan işgəncə altında məcburi etiraf alındığını deyiblər.

Məcid Kaziminin saxta etiraflar üçün işgəncə edilməsi ilə bağlı səs yazısı yayıldıqdan sonra mayın 16, 17 və 18-də İsfahan həbsxanası qarşısında aksiyalar keçirilib, hökumət məmurları və edam hökmünə etiraz edənlər arasında şiddətli qarşıdurmalar yaşanıb.

Teqlər: