“Ethereum”un qiyməti növbəti dəfə rekord vurub

“Ethereum” kriptovalyutasının dəyəri 4,4 faiz bahalaşaraq 4,5 min dolları ötüb.

AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, saat 20:30 üçün sözügedən kriptovalyutanın qiyməti 4 500,71 dollar təşkil edib və son rekordunu yeniləyib.


Qeyd edək ki, son 3 ay ərzində “Ethereum” 81 faiz, ilin əvvəlindən isə 6 dəfədən artıq bahalaşıb.

Teqlər: