Estoniyadan Rusiya və Belarus vətəndaşlarına pis xəbər

Estoniyadan Rusiya və Belarus vətəndaşlarına pis xəbər

Rusiya və Belarus vətəndaşları Estoniyada silah daşıya bilməyəcək.

AzerTimes xəbər verir ki, bu barədə Estoniya parlamenti silah haqqında qanuna dəyişiklikləri təsdiqləyib.

Yeni qanuna əsasən, Estoniyada silah gəzdirmək icazəsi yalnız bu ölkədə yaşamaq icazəsi olan AB və NATO-ya üzv ölkələrin vətəndaşlarına veriləcək.

Dəyişikliklər ölkədə daimi yaşayan 683 əcnəbiyə, əsasən Rusiya və Belarus vətəndaşlarına, eləcə də ovçuluq və digər silahlara malik olan 595 vətəndaşlığı olmayan şəxsə şamil ediləcək.

Teqlər: