Estoniyada yeni prezident seçilib

Xəbər - Orxan Nəbiyev – Trend:

Estoniya parlamentində ölkə prezidentinin seçkilərinin ikinci turu keçirilib.

Trend-in məlumatına görə, səsvermə nəticəsində Estoniya Milli Muzeyinin direktoru Alar Karis bu vəzifəyə seçilib.

Səsvermədə iştirak edən 80 deputatdan 72-i A.Karisin lehinə səs verib.

O, bu vəzifədə Kersti Kalyulaydı əvəz edəcək.