Estoniyada koronavirusun “Britaniya” ştammı aşkarlanıb

Estoniyada koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammına ilk yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Estoniyanın Səhiyyə Departamentinin baş direktorunun müavini Mari-Anne Xyarma bildirib.

Onun sözlərinə görə, koronavirusun yeni ştammı İngiltərədən gələn üç Estoniya vətəndaşında aşkarlanıb.


Qeyd edək ki, Estoniyada hazırkı dövrədək 38 544 nəfər koronavirusa yoluxub, onlardan 349 nəfəri ölüb.