Estoniya və Kamerun dövlət başçıları Prezident İlham Əliyevi təbrik edib

Kamerun Prezidenti Pol Biyadan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: “Cənab Prezident. Ölkənizin milli bayramı – 28 May – Respublika Günü münasibətilə Sizə səmimi və xoş təbriklərimi çatdırır, Azərbaycan xalqına sağlamlıq və firavanlıq arzulayıram.

Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

x x x

Estoniya Prezidenti Kersti Kalyulayddan:

“Zati-aliləri. 28 May – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Ümidvaram ki, biz dünyamızdakı bütün cəmiyyətlərə böyük təsir göstərmiş qlobal çağırışa qalib gəldikdən sonra ölkələr arasında qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq daha da genişlənəcək.

Zati-aliləri, ən yüksək ehtiramımı, həmçinin Azərbaycan Respublikasına və onun xalqına əmin-amanlıq və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm”.

Teqlər: