Estoniya parlamentinin sədri Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Ölkəmizdə rəsmi səfərdə olan Estoniya Respublikası parlamentinin
(Riiqikoqu) sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyəti
mayın 23-də Şəhidlər xiyabanını ziyarət edib.

AzerTimes-ın məlumatına görə,
Estoniyanın parlament nümayəndə heyətinin üzvləri Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından
keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək
üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil
qoyublar.

Daha sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın
mənzərəsini seyr edən estoniyalı parlamentarilərə Şəhidlər
xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri
barədə məlumat verilib.

Ziyarət zamanı Estoniya Riiqikoqunun nümayəndə heyətini
Azərbaycan Milli Məclisi sədrinin müavini Adil Əliyev və digər
rəsmi şəxslə müşayiət ediblər.

Teqlər: