Estoniya parlamentinin deputatı Yana Toom rusiyalı idmançıların Paris Olimpiadasından kənarlaşdırılmasına qarşı çıxıb.
AzerTimes xəbər verir ki, deputat qadağanın bütün ölkəni əhatə etməməli olduğunu bildirib.
Deputat idmançıların müharibəyə görə məsuliyyət daşımamalı olduğunu deyib:
“Əgər Rusiya idmançıları bayraqsız yarışsalar, dövlət himni olmayacaq. Bunu belə etmək olar”.
Qeyd edək ki, Avropa Birliyi Şurası Rusiya və Belarus idmançılarının növbəti il Parisdə keçiriləcək Olimpiadada iştirak etməsinin qarşısını almaq üçün BOK-a müraciət edib.