Qubada ağır qəza: ölən var

Qubada ağır qəza: ölən var

Fevralın 4-də Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, hadisə rayonun Susay kəndi ərazisində qeydə alınıb. VAZ-21015 markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində sürücü Elşən Qasımov ölüb, avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəzada həyatını itirən Elşən Qasımov Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: