Əsir və girov götürülmüş azərbaycanlılar ermənilər tərəfindən kütləvi qətlə yetirilib – İsmayıl Axundov

Xəbər - Elçin Mehdiyev – Trend:

Ermənistanın Azərbaycana qarşı soyqırımı və etnik təmizləmə kimi cinayətlər törədib. Əsir və girov götürülmüş azərbaycanlılar ermənilər tərəfindən kütləvi qətlə yetirilib.

AzerTimes-ın məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb: “Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə indiyədək məlumat vermir”.

İ.Axundov bildirib ki, ermənilərin girov götürdükləri azərbaycanlı gəncləri və yeniyetmələri donor kimi istifadə edərək onların orqanlarını satmalları ilə bağlı böyük ehtimallar var.

Teqlər: