Əsgərin yanından qayıdan ailə qəzaya düşdü: ölən var

Əsgərin yanından qayıdan ailə qəzaya düşdü: ölən var

Yevlax rayonunda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Yevlax-Bərdə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı avtomobillə digər minik avtomobilin toqquşması nəticəsində sürücü – Tovuz rayon sakini, 1953-cü il təvəllüdlü Əmrah Mahmudov ölüb, bir ailənin 3 üzvü – Tovuz rayon sakinləri, 1976-cı il təvəllüdlü Yaşar Alıyev, onun qızı, 2002-ci il təvəllüdlü Aytac Alıyeva və 2010-cu il təvəllüdlü Amil Alıyev isə xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Teqlər: