Döyüş postunda ötən gün 2003-cü il təvəllüdlü sıravi əsgər Qraçya Karamyanın güllələnərək öldürülməsinin detalları müəyyən edilib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, Karamyanın əsgər yoldaşı postda xidmətdə olarkən, ayaq səsləri eşidib və gələnin düşmən əsgəri olduğunu düşünüb. Panikaya düşən əsgər avtomatı əlinə alaraq, addım səsi gələn istiqamətə güllə yağdırıb. Nəticədə başından güllə yarası alan Karamyan yerindəcə keçinib.
Adı açıqlanmayan əsgərlə bağlı cinayət işi qaldırılıb və o, həbs edilib.
Qeyd edək ki, Qraçya Karamyanın meyiti ötən gün döyüş postunda tapılmışdı.