Ermənistan ordusunun hərbçisi, sıravi Misak Petrosyanı güllələyərək qətlə yetirməkdə ittiham edilən ehtiyatda olan əsgər həbs edilib.
AzerTimes xəbər verir ki, bu barədə “Nyus.am” məlumat yayıb.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, saxlanılan şəxsə qarşı Cinayət Məcəlləsinin 155-ci (qəsdən adam öldürmə) və 528-ci (sağlamlığa ağır zərər vurma) maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb.