“Əsas Məsələ”də Ermənistandakı siyasi böhran və mövcud daxili gərginliklər müzakirə olunub (VİDEO)

Ermənistan hələ də məğlubiyyətin şokundan ayrıla bilmir. Bu ölkədə Azərbaycanla dialoqu yeganə çıxış yolu görənlər “vətən xaini” adlandırılır. Ermənistanda siyasi qüvvələr arasında toqquşmalar yeni fazaya keçib. Müxtəlif sosioloji sorğular isə xalqın heç bir siyasi qüvvəyə etimadının qalmadığını təsdiq edir.

AzerTimes xəbər verir ki, bu gün AzTV-nin “Əsas Məsələ” verilişinin əsas mövzusu da Ermənistandakı siyasi böhran və mövcud daxili gərginliklər olub. Verilişin qonaqları siyasi şərhçilər Murad Sadəddinov, Əhməd Əlili və Zaur Məmmədov bildiriblər ki, Ermənistan artıq siyasi böhran burulğanındadır. Bu ölkədə prezident və baş nazir növbədənkar seçkilərlə bağlı müxtəlif fikirdədirlər. Çıxışlarda qeyd olunub ki, bölgədə artıq hər kəs yeni reallıqları qəbul etməlidir. Azərbaycan qələbə sayəsində bölgədəki status-kvonu dəyişib.

Verilişi Azərbaycan Televiyasının rəsmi “Youtube” kanalından izləyə bilərsiniz.


İnformasiya dəstəkçisi TREND

Teqlər: